Ru
20:14 / 30 Mart 2026

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO
Eye

Xalq yazıçısı Anar vida mərasimində səhnəyə çıxaraq mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb.


Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, Anar aktyorun yaradıcılığından danışaraq, oynadığı obrazlardan söz açıb.

"Belə bir gündə danışmaq ağırdır. Çünki dəyərli insanı - Rasim Balayevi itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca o da yaşayacaq.

Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə də Rasimi öldürürdük. "Babək"də də, "Nəsimi"də də, "Dədə Qorqud"da canlandırdığı Beyrək də də onu ölürdük. Amma o ölərək böyük simaları yaşadır, əbədi ömür verirdi.

Bu gün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insani keyfiyyətləri, həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin".


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar