Ru
13:50 / 27 Mart 2024

Paşinyan ağır seçim qarşısında - Hərbi əməliyyatlar gözlənilir

3332
“Ermənistan tərəfi çox yaxşı anlayır ki, təxminən dörd il əvvəl imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirməyib və öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən, yəni Qazaxın 7 və Naxçıvanın 1 kəndindən hələ də çıxarmayıb. Digər tərəfdən isə Zəngəzur dəhlizinin açılamaması da Azərbaycan tərəfinin səbrini daşdıra bilər”.


Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ə.Verdiyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu prosesi işə salmaq üçün fəaliyyətə başlayıb:


“Paşinyan artıq bu prosesi başlatmaq üçün müəyyən fəaliyyətlərə başlayıb. Lakin göründüyü kimi Ermənistanda güc strukturlarına tabe olmayan silahlı birləşmələr, o cümlədən “Yekrapa” döyüş qardaşları və “VoMa” kimi təşkilatlar bu prosesə mane olmaq niyyətindədirlər. Onlardan bir hissəsi həbs olunsa da istənilən halda Qarabağ klanı tərəfindən idarə olunan qruplaşmaların vasitəsilə bu prosesə müəyyən maneələr törədilir. Nəticə etibarı ilə bu, esklasiyanı yaxınlaşdırır və mümkün hərbi əməliyyatlar üçün münbit şərait yaradır. Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, eskalasiyanı aradan qaldırmağın yeganə yolu Azərbaycanın şərt və tələblərinə əməl etməkdən, ən azından yaxın həftələrdə Azərbaycan ərazilərinin heç olmazsa 4 sərhəd kəndimizin qaytarılmasıyla bağlı praktiki addımlar atılmalıdır və Azərbaycana da konkret vaxt verilməlidir”.


Ə.Verdiyev deyib ki, bu baş verməzsə, müharibə qaçılmaz olacaq:


“Əgər bu baş verməzsə, təbii ki, Ermənistan növbəti dəfə daha sərt şəkildə cəzalandırıla bilər. Buna görə də Azərbaycan tərəfinin tələblərini Ermənistan yerinə yetirməlidir, ən azından 4 kəndi Azərbaycana qaytarmalıdır. Yalnız bundan sonra gərginlik bir qədər aşağı düşə bilər. Əks halda isə Ermənistanın daha sərt şəkildə cəzalandırılması qaçılmaz olacaq”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər