Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana gedib.
Bakupost.az erməni mətbuatına istinadla bildirir ki, onu ölkənin vitse-prezidenti və hökumətlərarası komissiyanın həmsədri Davud Mənzur qarşılayıb.
Qeyd edək ki, İranda iyulun 5-də keçirilən Prezident seçkisində Məsud Pezeşkian qalib gəlib.