Ru
15:17 / 22 Aprel 2024

Paşinyan sülh müqaviləsindən sonra Azərbaycana gələ bilər - Politoloq

2099
“Bu ilin axırına kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlana bilər. Artıq mətn hazırdır və iki əsas razılaşmayan bəndlərdə razılaşma mərhələsindədir”.




Bakupost.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, Ermənisyanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirib:

“Ermənistanin dörd kəndi geri verməsi N. Paşinyanın sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu təsdiqlədi. Azərbaycanla Ermənistan sülhə tam yaxındır və ikitərəfli danışıqlarda ciddi problem qalmayıb. Dörd kəndlə bağlı protokolun imzalanması, sülh müqaviləsi istiqamətində mühüm gedişdir. Bakı və Yerevan arasında etimad mühiti formalaşıb. Ermənistan Baş naziri tarixi düşmənçiliyə son vermək üçün sülh müqaviləsi bağlandıqdan sonra, Azərbaycana səfər edə bilər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər