Ru
08:06 / 09 Yanvar 2024

Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi - FOTOLAR

Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi -  FOTOLAR
Eye

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.


Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

****
Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi -  FOTOLAR
Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi -  FOTOLAR
Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi -  FOTOLAR
Perinatal Mərkəzində güclü yanğın - İnsanlar təxliyə edildi -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar