Ru
16:25 / 09 İyun 2025

Peskov əsirlər barədə danışmaqdan imtina etdi

Peskov əsirlər barədə danışmaqdan imtina etdi
Eye

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə ağır yaralı hərbi əsirlərin mübadiləsi və həlak olmuş ukraynalı hərbçilərin meyitlərinin təhvil verilməsi ilə bağlı ehtimalları şərh etməkdən imtina edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Peskov brifinq zamanı verilən suala belə cavab verib:

"Bu günlə bağlı olaraq, gəlin gözləyək və görək."

Bundan əvvəl, Rusiya tərəfinin Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya iyunun 6-da İstanbul razılaşmalarına tam uyğun şəkildə, 6000-dən çox ukraynalı hərbçinin meyitinin geri qaytarılmasını nəzərdə tutan humanitar təşəbbüsə start verib. Bu plana həmçinin ağır yaralı və xəstə əsirlərin, eləcə də 25 yaşdan aşağı olan hərbi əsirlərin mübadiləsi də daxil idi.
Lakin Medinski qeyd edib ki, Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də əsir mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar