Bakıda qadın narkotik alverində şübhəli bilinir.
Bu barədə
Bakupost.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
"Vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsinin tələbləri olacaq. Mövcud şəxsiyyət vəsiqələri qüvvədədir, işləyir və heç kim üçün əlavə ödəniş mövcud deyil".