Ru
15:31 / 04 May 2022

Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir?

Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir?
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.



Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.

Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.

O, daha əvvəl neft sektorunda çalışıb. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar