Klarnet ifaçısı Hüseyn Məmmədoğlu Xalq artisti Alim Qasımovla bağlı açıqlama verib.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, musiqiçi bu barədə “Sevilən səhər” proqramında danışıb.
O, oğlunun bir yaş mərasiminə Alim Qasımovu dəvət etdiyini, lakin sənətkarın məclisə gəlmədiyini bildirib:
“Oğlumun bir yaşı məclisinə Alim Qasımovu dəvət etdim. Amma gəlmədi. Toxunulmaz insanlar var, canı sağ olsun. Ora gəlmədi, mənim ölkəmi, Azərbaycan musiqisini haralara aparıbsa, heç mən oralara gedə bilmərəm”.