"Rusiya islah sistemi onun qəflətən vəfat etdiyini elan etdi - aylarca özünü pis hiss etdikdən sonra . Ola bilsin ki, o, daha aşkar şəkildə öldürülüb, amma təfərrüatlar artıqaz əhəmiyyət kəsb edir: Rusiya dövləti onu öldürüb. Putin onu ona görə öldürdü ki, Navalnı uğurlu siyasətçi idi, həqiqəti çoxlu sayda insana çatdırmağı bilirdi, həm öz həmvətənlərinin, həm də bizim bəzi vətəndaşların gözünü qıran qalın təbliğat dumanını necə yarmağı bilirdi".
Bakupost.az "Mudiazona"ya istinadla xəbər verir ki, bunu "Atlantik" nəşrinin əməkdaşı Anne Applebaum bildirib.
O daha sonra qeyd edib:
"Navalnı həm də ona görə öldü ki, 2021-ci ildə iki dəfə onu zəhərləməyə cəhd etdikdən sonra həbs olunacağını bilsə də, Rusiyaya qayıtdı. Bu hərəkət onu adi bir rusdan tamamilə fərqli bir insana çevirdi: vətəndaş cəsarətinin xeyli dərəcə çatışmadığı ölkədə böyük vətəndaş cəsarəti nümunəsi. O, nəinki həqiqəti deyirdi, hətta bunu rusların onu eşidə biləcəyi yerdə - Rusiyanın daxilində etmək istəyirdi. O zaman yazmışdım: “Navalnı həmvətənlərinə cəsarətin nə olduğunu göstərir, Putin isə onlara cəsarətin faydasız olduğunu göstərmək istəyir"".
Jurnalist qeyd edib ki, Navalnı dəmir barmaqlıqlar arxasında belə Putin üçün real təhlükə yaradırdı:
"Çünki o, cəsarətin və həqiqətin mövcud olduğunun, Rusiyanın tamam başqa ölkə ola biləcəyinin canlı sübutu idi. Gücü yalan və zorakılığa arxalanan bir diktator üçün belə bir çağırış dözülməzdir. İndi Putin Navalnının xatirəsi ilə mübarizə aparmalı olacaq və bu döyüşdə heç vaxt qalib gələ bilməyəcək".
Zaur
BakuPost