Ru
17:04 / 30 Sentyabr 2022

Putin Ukraynaya çağırış etdi

2400
Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.


Bakupost.az xəbər verir ki, o, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edərkən deyib.


Putin Kiyevə və Qərbə müraciət edib: “DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər”


Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini söyləyib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər