Ru
18:49 / 30 May 2025

Qarabağda bu yarımstansiyaların inşasına start verildi: 113 kənd...

Qarabağda bu yarımstansiyaların inşasına start verildi: 113 kənd...
Eye

Azərbaycanın azad edilmiş ərazilərində 113 kəndə xidmət göstərəcək yarımstansiyaların inşasına başlanılıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bunu “Azərişıq” ASC-nin nümayəndəsi İsmayıl Cavadzadə “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.

Onun sözlərinə görə, hazırkı dövrədək bölgədə 1 ədəd yeni 110 kilovoltluq yarımstansiya inşa olunub: "Hazırda daha 2 ədəd 110 kV-luq yarımstansiyanın tikintisi aparılır. Bundan əlavə, 35 kV-luq yeni yarımstansiyaların sayı 27-ə çatıb, 1 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi isə davam etdirilir. Eyni zamanda, mövcud 35 kV-luq yarımstansiyaların bəzilərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir".

İ. Cavadzadə bildirib ki, elektrik təchizatının təmin olunması məqsədilə ərazilərdə 25 kənd üzrə köç qrafikinə uyğun olaraq işlər görülür:

“Hazırda 24 kənddə elektrik infrastrukturu qurulur. Ümumilikdə 113 kəndə xidmət göstərəcək yarımstansiyaların inşasına başlanılıb. Onlardan biri Ağdam şəhəri ərazisində yerləşən Təzəkənd yarımstansiyasıdır – burada yenidənqurma işlərinə artıq start verilib. Digər layihə isə Kəlbəcər şəhərində “Azərişıq” tərəfindən inşa edilən ‘113/30 İstisu’ yarımstansiyasıdır. Paralel olaraq, Kəlbəcər şəhər yarımstansiyasının tikintisi də davam edir”.

Onun sözlərinə görə, Xocalı rayonunda 35 Kv-luq yeni rəqəmsal yarımstansiyanın inşası yekunlaşıb: “Laçında da 35 kV-luq yeni yarımstansiyaların tikintisi tamamlanıb”.

İ.Cavadzadə əlavə edib ki, Şuşa və Kəlbəcər rayonlarında bəzi kəndlərin elektrik təchizatı müvəqqəti şəbəkələrdən həyata keçirilir:

“Hazırda 35 Kv-luq şəbəkənin yaradılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, icrada olunan işlər Cəbrayıl rayonunda Xudafərin, Soltanlı, Sarıcalı, Maşanlı, Böyük Mərcanlı, Karxulu kəndlərində həyata keçirilir”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar