Ru
14:36 / 07 May 2024

"Qarabağda məskunlaşma yüksək artımlara səbəb olacaq" - Millət vəkili

1612
“2024-cü ilin birinci rübündə Ümumi Daxili Məhsulda (ÜDM) 4 faiz artım qeydə alınıb. Azərbaycan müharibədən çıxmış ölkə olsa da, ölkə ÜDM-dəki artım tempini qoruyub saxlaya bildi. Bu, çox müsbət haldır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurma işləri və məskunlaşma ÜDM-də növbəti illərdə daha yüksək artımlara nail olmağa imkan yaradacaq”.

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vacib məqamlardan biri də qeyri-neft sektorunda 6.7 faiz artım qeydə alınmasıdır. Neft-qaz sektorunda isə bu rəqəm 0.4 faiz təşkil edir:

"Eyni zamanda ÜDM üçün vacib istiqamətlərdən biri olan sənayedə də oxşar tendensiya müşahidə olunub. Belə ki, qeyri-neft sənayesində 7.8 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, ÜDM-də artım artıq qeyri-neft sektoru hesabına baş verir. Yəni, bu gün Azərbaycan iqtisadiyyatında drayver qeyri-neft sektorudur".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər