Ru
15:14 / 11 İyul 2024

Xarabalığa dönən şəhər FOTOLARDA

Xarabalığa dönən şəhər  FOTOLARDA
Eye

Qəzzada can itkisi 38 min 345-ə çatıb.

Bakupost.az xəbər verir ki, İsrailin aylardır davam edən hücumu ilə mübarizə aparan Qəzza əhalisinin vəziyyəti hər keçən gün daha da ağırlaşır.


Fələstin Səhiyyə Nazirliyi tərəfindən İsrailin Qəzza zolağına 279 gündür hücumları ilə bağlı məlumat verilib.




İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 2 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri həyatını itirən fələstinlilərin sayının 38 min 345-ə, yaralıların sayının isə 88 min 295-ə yüksəldiyi qeyd olunub.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar