Ru
13:30 / 02 May 2024

“Qazax istiqamətində 24 erməni mövqeyi boşaldılıb” - Hərbi ekspert

2321
Bu gün səhər saatlarından etibarən Ermənistan ərazisində Azərbaycana məxsus Xeyrimli (Kirants) kəndində etirazçılar yolu bağlayıblar. Yolu açmaq üçün əraziyə polis qüvvələri yeridilib və saxlanılanların olduğu deyilir.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, yerli əhali bu addımla delimitasiya proseslərinə mane olmaq istəyir:

“Hazırda Ermənistan ərazisində əhalinin etirazları davam edir. Onlar Qazaxın kəndlərinin geri qaytarılmasına və həmin ərazilərdə delimitasiya prosesinə mane olmağa çalışırlar. Bu proseslərə erməni Apostol kilsəsi və Qarabağdan olan keçmiş separatçı rejimin rəhbərləri də siyasi, mənəvi və hətta maddi dəstək verirlər”.

Hərbi ekspert artıq erməni mövqelərinin boşaldıldığını bildirib:

“Baş verən etirazlara baxmayaraq, artıq Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində yerləşən 24 erməni mövqeyi boşaldılıb və Azərbaycan Ordusuna təhvil verilməsi üçün hazırlanıb. Proseslər onu göstərir ki, yaxın günlərdə 12 kilometrlik sərhədin demarkasiya prosesləri də tamamlanacaq. Bu gün isə Xeyrimli kəndi ərazisində mövqelərin boşaldılmasına başlanılıb. Nəticə etibarilə bu, Ermənistan ordusunun Qazax rayonu istiqamətində mövqelərinin boşaldılması, başqa sözlə desək, onun müdafiə sisteminin süqutu ilə nəticələnəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər