Almatıda baş verən zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.
Bakupost.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Almatı meriyasından bildirilib.
Bu arada sosial şəbəkələrdə zəlzələ anının görüntüləri yayılıb.
Qeyd olunur ki, zəlzələ insanları qorxuya salacaq qədər uzun - 15-30 saniyə davam edib.
Onun gücü 5 bal, ocağı 10 km dərinlikdə olub və Almatıdan 31 km aralıda yerləşib.
"Almatıdakı zəlzələdən sonra təkrar təkanlar hələ də mümkündür, lakin o qədər də güclü olmayacaq".
Bunu isə Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzin direktoru Daulet Sarsenbayev Almatı sakinlərinə müraciətində bildirib.
O, insanları saat 16:00-a qədər toplama məntəqələrində qalmağa çağırıb.
"Düzdür, Almatıda hər kəs toplanış yerini özü müəyyənləşdirir. İnsanlar insanlar işə qayıdır, uşaqlarını bağça və məktəblərdən götürməyə gedirlər", - o deyib.
Qazaxıstan KİV-in məlumatına görə, Almatı Beynəlxalq Hava Limanı zəlzələdən sonra normal rejimdə işləyi.r
Uçuş-enmə zolağı yoxlanılıb və heç bir zədə aşkar edilməyib.
Almatıdakı müxtəlif universitetlərin tələbələri isə bu gün üçün dərslərinin ləğv edildiyini bildiriblər. Günortadan sonra məktəblərdə də dərslərin ləğv ediləcəyi qeyd olunur.
Qırğızısan Seysmologiya İnstitutunun rəsmi məlumatına görə isə, zəlzələnin episentri Çolpon-Atadan 35 km, Almatıdan (Qazaxıstan) 40 km və Bişkekdən 190 km aralıda yerləşib.
Bakupost.az Qazaxıstanda zəlzələ anı və ondan sonra baş verənləri əks etdirən görüntüləri təqdim edir:
Zaur, BakuPost