Ru
15:50 / 10 İyul 2024

Qəzzada ölənlərin sayı 38 min 295-ə çatdı

1220
Qəzzada ölənlərin sayı 38 min 295-ə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirib və bu hücumlarda daha 52 fələstinli həyatını itirib, 208 fələstinli isə yaralanıb.

Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri həyatını itirən fələstinlilərin sayı 38 min 295-ə, yaralıların sayının isə 88 min 241-ə yüksəlib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi bombardmanların böyük dağıntılara səbəb olduğu vurğulanıb.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər