Ru
13:26 / 28 May 2024

"Qızlar təhsildən uzaqlaşdırılanda ərə getmək istəyir" - Novella Cəfəroğlu

1368
Xəbər verdiyimiz kimi, nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib. O, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamların öz əksini tapacağını bildirib.


Bakupost.az -a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qəbul edilən qərarların icrasına başlanmasının vacib olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda da nikah yaşına çatmayan qızlara dini kəbin kəsdirilməsi ilə bağlı qadağa var:

"Bunu edən din xadimləri məsuliyyət daşımalıdır. Mən təklif edərdim ki, qızların orta məktəbi bitirməsi məcburi olsun. Buna görə valideynlər məsuliyyət daşımalıdır. Bu gün əksər qızları valideynləri 9-cu sinifdən məktəbdən çıxarırlar. Məktəbə getməyən qız evdə qalanda ata-anasının əsarətindən qurtulmaq üçün özü də istəyir ki, ərə getsin. Ərə də gedəndə qayınananın əlinin altına düşür.

Bu gün bəzi rayonlarımızda peşə məktəbləri açılır. Qızlarımızı bu məktəblərə cəlb etmək lazımdır. Onlar tibb bacısı, dərzi, saç ustası kimi peşələrə yiyələnə bilərlər. Ərə getməkdənsə, birinci peşə sahibi olmaq lazımdır. Qadağalarla çox şeyə nail olmaq olmur. Qızların təhsil alması, peşə sahibi olması daha çox vacibdir. Erkən nikaha görə isə din xadimləri, bələdiyyələr və digər müvafiq qurumlar məsuliyyət daşıyır”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər