Ru
22:59 / 01 Mart 2024

Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi

Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi
Eye

Krasnodarın mərkəzində gecə klubunun keçmiş direktoru, niger əsilli şəxs güllələnib. Şübhəli 54 yaşlı yerli sakin Andranik Qriqoryan saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Şot” (Shot) Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Qriqoryan avtomobilindən silahı götürərək “Leksus” markalı avtomobilinin yanında olan 58 yaşlı Yaqub Həmidi güllələyib. Y.Həmid yerindəcə ölüb. Atışma nəticəsində bir neçə güllə yaxınlıqdakı mağazanın pəncərəsini zədələyib.

Qətldən sonra Qriqoryan hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. Qətlin motivi müəyyənləşdirilir.

Yaqub Həmid uzun müddət Krasnodarda yaşayıb və bir neçə il əvvəl bağlanan “Havana” klubunun direktoru olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar