“Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin inkişafına mənfi təsir edir”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir. Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir. Repetitorluq həmçinin tərbiyəyə və vətənpərvərliyə imkan vermir. Biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir. Bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar: “Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır”.
Sevinc
BakuPost
Tengid xoşunuza gelmedi deyesen...
Yoldaş Professor dediklerinize şerik olmuram. Tam tersini söyleyirsiniz. Rüşvetxorlar ve korrupsionerler galıb bir gırağda Siz repititorları tengid edirsiniz. Mekteblerde tedrisin keyfiyyeti yaxşı olarsa hansı valideyin uşağını repititora verer? Eğer doğurdan da tehsilin geydine galmag isteyirsinizse, once repititorluğu yaradan amilleri arayın, diagnoz goyun ve sonra müalice yollarını gösterin. Bu olar esil professor işi.