Milli azlıqların dillərinə hörmət etmək vacibdir. Bununla belə, Ukraynada rus dilinin xüsusi statusunu ləğv etmək lazımdır.
Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə müvəkkili Yelena İvanovskaya bildirib.
“Qanunvericilikdə mövcud olan simvolik bərabərsizliyi aradan qaldırmaq, xüsusilə də Rusiyanın silahlı təcavüzü şəraitində yalnız ünsiyyət vasitəsi deyil, həm də destabilizasiya aləti olan rus dilinin xüsusi statusunu ləğv etmək lazımdır”, - o deyib.
Onun sözlərinə görə, konstitusiyanın dil siyasəti modeli müharibə reallığı ilə uzlaşdırılmalıdır.