Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:03 / 18 İyun 2024

Rusiya A-50-nin vurulduğunu etiraf etdi, itkiləri açıqladı

4138
Rusiya ilk dəfə Ukrayna tərəfindən A-50 uzaqmənzilli radar aşkarlama və idarəetmə təyyarəsini vurulduğunu rəsmən etiraf edib.

Bakupost.az UNİAN-a istinadən xəbrir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 138-ci zenit-raket briqadasının komandiri, polkovnik Nikolay Dzyaman barəsində axtarış elan edib. Ruslar onu “insan ölümü ilə nəticələnən terror aktı” törətməkdə ittiham edirlər.

Bildirilir ki, fevralın 23-də ukraynalı müdafiəçi tabeliyində olanlara Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsini məhv etmək əmri verib. Rusiya tərəfi bildirib ki, bu təyyarə “döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb, silahı yoxdur və uçuş yalnız Rusiya Federasiyasının hava məkanında həyata keçirilir”.

Ukraynanın A-50-ni vurması nəticəsində 10 ekipaj üzvü həlak olub.

Zaur,BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar