Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi iyunun 13-də İsrailin İrana endirdiyi zərbələri pisləyib və İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin diplomatik vasitələrlə həll olunmasının vacibliyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi internet saytında yerləşdirilən bəyanatda qeyd olunub.
“Biz qəti şəkildə hesab edirik ki, İrana hücumun planlaşdırılması, hazırlanması və həyata keçirilməsi ilə məşğul olanlar hansı izahatlarla bunu əsaslandırmağa çalışsalar da, İranın nüvə proqramı ətrafında yaranan problemlərin hərbi yolla həlli yoxdur və bu məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla nizama salına bilər,” – deyə bəyanatda bildirilir.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün münaqişə tərəflərini təmkinli olmağa çağırıb.
Lalə,
BakuPost