Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası iddia edib ki, sabiq prezident Mixail Saakaşvilinin 2008-ci ilin avqustunda ölkəni Rusiya ilə müharibəyə sürükləməsinin səbəbi xarici güclərin diqtəsinin nəticəsidir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, "Gürcü Arzusu"nun iddiasına görə, Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin səriştəsinə şübhə ilə yanaşır.
"Lakin həqiqət ondan ibarətdir ki, Saakaşvilinin 2008-ci ilin avqustunda avantürist hərəkətləri psixi qeyri-sabitliyin nəticəsi deyil, kənardan verilən göstərişlər və planlaşdırılmış xəyanətin nəticəsidir", - deyə partiyadan bildirilib.
"Gürcü Arzusu" hesab edir ki, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması, cəmiyyətin ölkəyə və onun xalqına qarşı bu xəyanətkar cinayəti kimin törətdiyini qəti şəkildə aşkar edə bilməsi üçün hüquqi prosesin təşkili həyati əhəmiyyət kəsb edir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə son açıqlamasında bildirib ki, 2008-ci il müharibəsinin şərtlərini araşdırmaq üçün prokurorluğa, Konstitusiya Məhkəməsinə müraciət edəcək və ya parlament komissiyası yaradacaqlar.
Vasif
BakuPost