Ru
14:42 / 13 İyun 2022

Rusiya ilə Çin arasında yeni körpü açıldı - Gediş haqqı çox bahadır

Rusiya ilə Çin arasında yeni körpü açıldı - Gediş haqqı çox bahadır
Eye

Ötən həftə Rusiya ilə Çini Amur üzərindən birləşdirən yeni ödənişli körpünün açılışı olub.


Bakupost.az xəbər verir ki, Blaqoveşensk şəhəri ilə Xeyke şəhərini birləşdirən körpüdən yük və minik avtomobillər keçəcək.


Körpünün uzunluğu 1080 metrdir, 2 zolaqlıdır.


Bu körpü ilə sərhədi keçmək 8700 rubla başa gələcək.


Yerli sakinlər isə körpünün çox bahalı olduğunu deyir.


“Bu körpü pul qazanmaq üçün yox, iki ölkənin infrastrukturunu genişləndirmək və iqtisadiyyatı gücləndirmək üçün nəzərdə tutulub. Körpünün istismar müddəti 20 ildir. Yaxın illərdə qiymətin endirilməsi barədə düşünə bilərik”, - deyə qubernator Orlov bildirib.


Körpü 6 ilə çəkilib, 19 milyard rubla başa gəlib.

Aygün Musayeva
BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar