NATO-nun Şimali Avropa ölkələrindəki quru qoşunlarının qərargahı Rusiya ilə sərhəddən təxminən 140 km aralıda yerləşən Mikkeli şəhərində yerləşəcək.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen brifinqdə bildirib.
“Biz NATO quru qüvvələrinin baş qərargahını Mikkelidə yerləşdirməyi təklif edəcəyik”, - deyə Hakkyanen bildirib.
Finlandiya Quru Qoşunlarının qərargahı artıq Mikkelidə yerləşir. Bundan əvvəl bildirilmişdi ki, sülh dövründə qərargah NATO-nun regionda təlim fəaliyyətlərini planlaşdırıb həyata keçirəcək. Yaradılan təşkilat - yüksək hazırlıq qərargahı gecə-gündüz işləyəcək və ABŞ-ın şərq sahilindəki Norfolkdakı qərargaha hesabat verəcək.
Zaur
BakuPost