Ru
16:23 / 24 Oktyabr 2022

“Rusiya işğalçılıq, zorakılıq edir” – AzTV-dən gözlənilməz reaksiya - VİDEO

“Rusiya işğalçılıq, zorakılıq edir” – AzTV-dən gözlənilməz reaksiya - VİDEO
Eye

Dünən Azərbaycan Televiziyasının “Həftə” verilişində Rusiya haqqında tənqidi fikirlər səsləndirilib.

Bakupost.az xəbər verir ki, AzTV-nin sədri və verilişin aparıcısı Rövşən Məmmədov Rusiyanın bəzi aparıcı və kanallarının Azərbaycan əleyhinə apardığı təbliğatı cavablandırmaq qərarına gəlib.

“Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın “Birinci” kanalının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır...

Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”, - R.Məmmədov bildirib.








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar