Rusiya Şimali Koreyaya “Pantsir” özüyeriyən zenit-raket kompleksini təhvil verib.
Bakupost.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Sanksiyalar üzrə Çoxtərəfli Nəzarət Qrupunun hesabatına istinadla məlumat yayıb.
“Rusiya ötən ilin sonundan başlayaraq Şimali Koreyaya hava hücumundan müdafiə (HHM) sistemi, radioelektron mübarizə vasitələri təqdim edir.
2024-cü ilin noyabrından etibarən Moskva Pxenyana ən azı bir mobil “Pantsir” zenit-raket kompleksini təhvil verib”, — deyə dərc olunan məlumatda bildirilir.
“Pantsir” sistemi orta mənzilli yer-hava sinfinə aid raketlərdən və zenit artilleriya qurğularından ibarət olan özüyeriyən qurğudur.
Aysel,
BakuPost