Ru
16:15 / 23 Sentyabr 2022

Rusiya-Ukrayna müharibəsi yeni mərhələdə: Qərb müdaxilə edəcəkmi? - Şərh

Rusiya-Ukrayna müharibəsi yeni mərhələdə: Qərb müdaxilə edəcəkmi? - Şərh
Eye

"Rusiyanın yenidən nüvə silahı istifadə edəcəyi ilə bağlı hədələri təkrarlaması Moskvanın Xarkov istiqamətində hərbi əməliyyatlarda məğlub olması, həmçinin başda ABŞ olmaqla Qərb ölkələrinin müharibəyə daha fəal müdaxiləsi ilə şərtlənir".


Bunu Bakupost.az -a açıqlamasında politoloq Zaur İbrahimli Rusiyanın nüvə silahı təhdidilə bağlı danışarkən deyib.


Zaur İbrahimli hesab edir ki, Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı indiki məqamda ölkəni fəlakətli ssenarilə üz-üzə qoya bilər:





"Müxtəlif müzakirələr, ekspertlərin və KİV-in Qərbin Ukraynaya bu cür fəal dəstəyinin məqsədəmüvafiqliyi və perespektvilə bağlı fərqli, bir çox hallarda isə tənqidi mülahizələrinə baxmayaraq, yardımın davamlı olması, həcminin artması ilə əlaqədar rəsmi qərarlar verilir. Eyni zamanda Rusiya bütün səylərə baxmayaraq, hərbi əməliyyatlarda strateji üstünlüyü əla ala bilmir. Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizinə nəzarət edir və artıq bir neçə aydır ki, yalnız müdafiə mövqeyində qala bilir. Çin və Hindistan Rusiyanı əvvəlki kimi fəal müdafiə etmir və hərbi əməliyyatları dayandırmağa çağırır. Qərb blokuna daxil olmayan ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməsələr də, onun ehtiyaclarına cavab verəcək səviyyədə dəstək vermək imkanında da deyillər. Məhz bu cür mürəkkəb vəziyyətin yaranması Kremli ölkədə qismən səfərbərliyə vadar etdi. Ancaq bu qərar kifayət qədər etirazlarla qarşılanıb".


Z.Ibrahimli qeyd edib ki, Rusiya məhz rəqabətə davam gətirə bilmədiyi üçün nüvə şantajına əl atır:


"Aşkar görünür ki, Putinin təbliğatı yalnız əhalininin müəyyən hissəsini susmağa vadar edə bilir, lakin fəal dəstək təşəbbüsləri müşahidə olunmur. Belə bir şəraitdə hətta qismən səfərbərliklə Rusiya ordusunun yükək motivasiyalı, döyüş qabiliyyətli insan resursları alacağı şübhə altındadır. Rusiya üçün əsas çağırış Qərbin Ukraynaya aratan dəstəyi və bu məsələdə birliyini qorumağıdır. ABŞ-ın nəhnəg resursları var və Ukraynaya dəstək uzun müddət davam edə bilər. Rusiya üçün bu rəqabətə davam gətirmək isə zaman keçdikcə çətinləşir, məhz bu səbəbdən nüvə şantajına əl atılır. Hərbi ekspertlər qeyd edirlər ki, yağış mövsümünə qədər hər iki tərəf hücum əməliyyatlarına üstünlük verəcək və dönüş əldə etməyə çalışacaqlar. Ukrayanın təbii iqlimi payız aylarında genişmiqyaslı hərbi əməliyyatlara imkan vermir, yalnız kommunikasiya xətləri boyunca hərkət etmək mümkün olur.


Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı isə indiki məqamda yüksək deyil. Bu Rusiya üçün fəlakətli bir ssenari olardı. Düşünmürəm ki, Kremlin qarşıya qoyduğu məqsədlər bu ssenarini həyata keçirilməsini şərtləndirir".

Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar