Ru
12:45 / 29 İyun 2022

Rusiyada qızdırmanın yeni ştammı tapıldı

Rusiyada qızdırmanın yeni ştammı tapıldı
Eye

Rusiyada gənələrin yaydığı qızdırma virus xəstəliyinin yeni ştamları yaranır.


Bakupost.az xəbər verir ki, bu barədə Seçenov adına universitetin alimləri məlumat yayıb.


Bu virus gənə dişləməsi vasitəsilə yayılır.


Krım-Konqo hemorragik qızdırmasının əsas əlamətləri – hərarət, intoksikasiya, hemorragik sindrom, limfaların şişməsi.


Rus alimlərinin tapdığı yeni ştamm Avropa 3 xəttində tam yenidir, daha ağır kliniki gedişat və ölümə səbəb olur.


Bu mutasiya ilə yanaşı ölkə daxilində Avropa 1 xətti üzrə 596 nümunə və bir Afrika-3 xətti üzrə nümunə aşkarlanıb.


Mütəxəssislər yeni ştammın genetik dəyərləndirməsini aparıb, Rusiya üçün nə dərəcədə təhlükəli olmasını araşdıracaq.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar