Ru
16:36 / 14 İyul 2026

"Bir gün Bütöv Azərbaycan da qurulacaq, Turan da" - Sabir Rüstəmxanlı söhbətləri

"Bir gün Bütöv Azərbaycan da qurulacaq, Turan da" - Sabir Rüstəmxanlı söhbətləri
Eye

Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Veriliş əsnasında Sabir Rüstəmxanlı bildirib ki, 2026-cı il 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illiyi ilə əlamətdardır. O qeyd edib ki, yubiley təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş şəkildə qeyd olunub.

Xalq Şairinin sözlərinə görə, qurultayla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının tarixi binasında, eləcə də Türkiyə və Mərkəzi Asiya respublikalarında çoxlu tədbirlər təşkil olunub. Bakıda isə Mədəniyyət Nazirliyinin təşkil etdiyi əsas tədbir Heydər Əliyev Mərkəzində keçirilib, daha sonra AMEA-nın binasında türk dünyasından gələn qonaqların iştirakı ilə geniş elmi müzakirələr aparılıb.

Sabir Rüstəmxanlı vurğulayıb ki, Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbiri bütövlükdə Türk dünyasının bayramı kimi yadda qalıb.

Ətraflı videoda...



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar