Ru
12:01 / 19 Mart 2024

Rusiyada qızıl mədənində qaya uçdu - İşçilər köməksiz vəziyyətdə qaldı

1490

Rusiyanın şərqində qızıl mədənində qaya uçub.


Bakupost.az xəbər verir ki, Rusiyanın şərqindəki Amur vilayətinin Zeya qəsəbəsində ölkənin ən böyük qızıl mədənlərindən biri olan “Pioner” mədənində iş zamanı qaya parçası düşüb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada mədəndə köməksiz vəziyyətdə qalan işçilərlə əlaqə saxlamaq üçün səylərin davam etdiyi bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi Yakutiyadan 25 nəfərlik bir qrupun bölgəyə gəldiyini açıqlayıb. Bildirilib ki, Xabarovsk vilayətindən 13 nəfərdən ibarət qrup helikopterlə bölgəyə göndərilib.

Mədən şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər