Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Kiyevdəki səfirliyə Rusiyanın qəsdən zərbə endirməsi barədə bəyanatından “təəccüblənib”.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən TASS agentliyinin sualına cavab olaraq bildirilib.
Qeyd edilib ki, Azərbaycan tərəfinə bununla bağlı izahat verilib və “təəssüf” ifadə edilib.
Rusiya XİN növbəti dəfə guya səfirliyə dəyən ziyanın Ukraynanın HHM sistemlərinin raketlərinin, xüsusilə “Patriot” raketinin qalıqları ola biləcəyi haqda iddianı da təkrarlayıb.
Xatırladaq ki, Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinə 3 dəfə zərbə endirib. İlk zərbədən sonra Azərbaycan Rusiya ilə təmasa keçərək, koordinatları versə də, bundan sonra daha iki zərbə endirilib.
Rəsmi Bakı bu zərbələrin təsadüfi olduğuna inanmadığını bildirib və Rusiyaya nota verib.
Asena,
BakuPost
Военное вторжение Одного через границу Другого государства, разве по Уставу и Меморандуму безопасности ООН не международное преступление, подлежащее немедленному пресечению и строгому осуждению принимающих решений по вторжению???
Почему вы должны подтвердить мои комментарии? А может и комменты сами сочините? Не удивлюсь
Rusiya çaqqal dövlətdir və çaqqal kimi də hərəkət edib və edəcək. Ona ancaq sadəlöv insanlar inanar.