Ru
17:28 / 11 Yanvar 2025

Rusiyanın bu hava limanları bağlandı

Rusiyanın bu hava limanları bağlandı
Eye

Kazan, Nijnekamsk və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Bakupost.az. bildirir ki, bu barədə "Rosaviation" xəbər yayıb.

İdarədən verilən məlumata görə, məhdudiyyətlər mülki gəmilərin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın 6 regionu, həmçinin Azov və Qara dənizlər üzərində 85 PUA-nı vurub. Tambov vilayətində pilotsuz uçuş aparatları iki yaşayış binasına çırpılıb, xəsarət alanlar var.

Sonuncu dəfə Kazana 2024-cü il dekabrın 21-də pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bir neçə nəfər yaralanıb, İstintaq Komitəsi terror işi açıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar