Ru
22:36 / 11 İyun 2025

Rusiyanın məqsədi Moldova və Rumıniya ilə sərhədə çatmaqdır - Zelenski

Rusiyanın məqsədi Moldova və Rumıniya ilə sərhədə çatmaqdır - Zelenski
Eye

Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.

Bakupost.az "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən kəsmək üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar