Ru
14:07 / 10 İyun 2025

Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO

Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Eye

Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.

Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.

Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.

“Bazara iki qardaş, Sergey və Aleksandr Qavrilovlar silahla hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım. Lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər”, - Svetlana Məmmədova bildirib.

Rusiyada yaşayan vəkil Ələkbər Qarayev Fryanovada yaşayan azərbaycanlıların ona bu videogörüntüləri göndərdiklərini söyləyib: "Həmin videolardan görünür ki, həqiqətən də şəxs əlində "Vinçester" silahı ilə girir bazara, hətta silahı onların üstünə yönəldir. Bu silahla atəş açmaq istəyir. Bu, həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlindəyəm. Əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar bununla məşğul olsunlar. Çünki, konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar, heç kimin hüququ pozulmamalıdır".

Svetlana Məmmədova polisə baş vermiş insidentlə bağlı ərizə yazdığını bildirib: “Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu, insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edir”.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Ruslar Moskvada azərbaycanlıları silahla HƏDƏLƏDİLƏR - VİDEO
Şərhlər
  • B.Kolxozdar

    Xəbər və videonun gerçək fakt olmasına şübhə yoxdur. Amma, ümumən *ruslar* sözündən əbədi-birdəfəlik imtinamız gərək!? Ərazisinin yarısından böyük şərq hissəsi digər xalqlara aid Rusiya İmperiyasını son 3-4 əsrdir əsasən əcnəbi savadlılar-mütəxəssislər idarə edirlər. Onların, ya kastalarının baş-ideoloji-iqtisadi hesabatları adətən *Rusizm*dən, yəni ruslaşdırmaqdan ibarət olub. Əski İmperiya, Sovet Kemlinin də rəsmi tarix sifarişləri də gerçəkdən çox uydurma (qabardılmış-yozma) heç bir təkamül və itişaşlara uzlaşmır? Yozulan tarix gerçəkmisə on milyonlarla Monqol-tatarlar hara qeyb oldular? Digər hesabla isə onlar niyə azaldılar, yoxsa de fakto *ruslaşma*dılarmı? Kreml özbaşına, bərabər hüquqlu sosializmi Özəl Gücə buraxandan onlar da faciəvi-təhlükəni düşünmədən öz adına qayıtmaq istəmiş, ya (separat özəl-ortaq?) *QƏRB*in təbliğatına uymuşlar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar