Mütəxəssislərin fikrincə, tamamilə zərərli olan yeganə bir çörək növü yoxdur, lakin sağlamlığa ən az zərər vuran çörək ağ undan hazırlanan çörəkdir.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Viktoriya Sadovskaya deyib.
O bildirib ki, çörəyin insan orqanizminə təsiri onun tərkibindən, inqrediyentlərin keyfiyyətindən, həmçinin onu istehlak edən şəxsin fərdi sağlamlıq xüsusiyyətlərindən və yeyilən məhsulun miqdarından asılıdır.
Həkimin sözlərinə görə, ağ unun istehsalı zamanı taxıldan kəpək və rüşeym hissəsi çıxarılır. Bu səbəbdən ondan hazırlanan çörəyin tərkibində lif, vitamin və mikroelementlər demək olar ki, qalmır. Belə çörək uzunmüddətli toxluq hissi yaratmır və bu da normadan artıq yeməyə səbəb ola bilər. Bundan əlavə, endokrinoloq qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda ağ undan hazırlanan məhsullar qarın köpünə və həzm problemlərinə yol aça bilər.
Çörəkbişirmə Sənayesi Elmi-Tədqiqat İnstitutunun direktor müavini Olesya Savkina isə böyrək, qaraciyər və digər sağlamlıq problemləri olan xəstələrin tərkibində yüksək zülal olan çörəklərdən istifadə edərkən diqqətli olmalı olduqlarını vurğulayıb.
Hörətli V.Sadovskaya və bizim həkim-dietoloqlarımızın tam-qəti əsaslı təlimat vermələri faydalı olardı ki, nədən əsas qida ərzağı-ağ çörək, nişasta insan üçün zərərli olub? Nədən, xüsusilə yüksək çevik becərilən yüksək toksinli qida-ərzaq məhsulları qəti nəzarət hədləri və asan nəzarət vasitələri vəd rdilsə də, tətbiq edilmir?