Ru
22:20 / 24 Sentyabr 2025

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə İŞIQ OLMAYACAQ
Eye

Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bakupost..az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Bildirilib ki, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

Bu səbəbdən saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar