Maliyyə naziri Samir Şərifovun nazir vəzifəsindən azad edilməsi gözlənilməz oldumu? Əlbəttə, yox. Çünki ölkədə nazir vəzifələrinə yeni, gənc kadrların təyinatı prosesi çoxdan başlayıb və Samir Şərifov kimi uzun illər (19 il) nazir, komitə sədri postunda çalışanların əksəriyyəti öz vəzifələri ilə vidalaşıblar. Hazırda stajlı nazirlərdən vəzifədə yalnız Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov (19 il) və Müdafiə naziri Zakir Həsənov (12 il) qalıblar.
Nazir vəzifələrindən çıxarılanların bir qismi Prezident Administrasiyası (Ramil Usubov, Mədət Quliyev) və ya Nazirlər Kabinetində (Şahin Mustafayev, Elman Rüstəmov) belə demək mümkünsə, "fəxri vəzifə"lərə təyin olunublar. Ən pis halda isə deputat mandatı (Mübariz Qurbanlı, Heydər Əsədov ) və ya səfir portfeli (Məhərrəm Əliyev) əldə ediblər. Hətta təhsil sistemində hazırda institut direktoru olan bir sıra keçmiş nazirlər də (Misir Mərdanov, Əli Abbasov) var.
Sabiqlərdən həbsdə olan (Səlim Müslümov) və tamamilə vəzifəsiz qalanların (Elmar Məmmədyarov, Qorxmaz Hüseynov və b.) olduğu da məlumdur.
Bu baxımdan Samir Şərifovun nazir vəzifəsindən uzaqlaşdırılması kimi, Baş nazir Əli Əsədovun müavini təyin olunmasında da əslində gözlənilməz bir şey yoxdur. Maraqlı olan, Samir Şərifovun bu mərhələdən sonra karyerasının necə irəliləyəcəyidir.
Məsələ burasındadır ki, nazir vəzifəsindən çıxarılan və hansısa simvolik vəzifəyə təyin olunanlarla bağlı cəmiyyətdə formalaşmış bəlli stereotip var. Əksəriyyət belə hesab edir ki, sonrakı təyinat sadəcə olaraq, onların "ehtiyat oyunçular", daha dəqiqi, təqaüdçülər skamyasına göndərilməsinə hazırlıqdır. Qeyd olunur ki, hakimiyyət müəyyən xidmətləri olan bu adamları narazı salmaq istəmir, onlara ikinci dərəcəli vəzifələr tapşırılır, daha sonra isə orden-medal verilərək, təqaüdə göndərilirlər. Məsələn, bu günlərdə “Şərəf” ordeni ilə təltif edilən Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sabiq baş direktoru Əhməd Əhmədzadə kimi...
Nazir vəzifəsindən çıxarılanlarla bağlı sözügedən qənaət böyük ölçüdə həqiqət olsa da, istisnalar da var. Nazir postundan uzaqlaşdırılan, lakin növbəti təyinatdan sonra öz avtoriteti və siyasi fəallığını saxlayanlar sırasında ən azı sabiq daxili işlər naziri Ramil Usubov və Şahin Mustafayevin adını çəkmək olar.
Ona görə də Samir Şərifovun bir müddət sonra Elmar Rüstəm kimi unudulacağı və vəzifədən alınacağı, yoxsa, adı çəkilən digər həmkarları kimi Azərbaycan siyasıtində mühüm fiqura çevriləcəyi gələcəyin işidir və xeyli dərəcədə də onun özündən asılıdır...
Onu da nəzərə almaq lazımdır ki, S.Şərifov ugurlu karyerası ilə diqqət çəkən sanballı fiqurlardandır və onun əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Sonda Baş nazirin müavini təyin olunan S.Şərifovun karyerasi ilə bağlı bəzi məlumatları təqdim edirik:
* 1991-1995: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.
* 1995-2001: Azərbaycan Respublikası Milli Bankının valyuta idarəsində rəhbər vəzifələr tutub. Onun rəhbərliyi dövründə ölkənin valyuta siyasəti və beynəlxalq maliyyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.
* 2001-2006: Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışaraq, neft gəlirlərinin səmərəli idarə olunması və şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellər tətbiq edib.
* 2006-2025: Azərbaycan Respublikasının Maliyyə Naziri kimi ölkənin maliyyə siyasətini idarə edib. Bu müddət ərzində bir çox dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə sabitliyinin qorunması və islahatların həyata keçirilməsi onun adı ilə bağlıdır.
Zaur, BakuPost
Bəzi liderlər, and içdikləri ölkə daxili inkişafla Konstitusion nisbi-bərabər Əmək və Rifah bölgüsü zəmanətini sanki, *kənar aslılığa* bağlamaqla Cəmiyyəti yayındırırlar? Ən sadə Üstqurumla MM, sərvətləri dövlətə, ölkənin rifahını da Vergi Büdcəsinə aid edib!? İbtidai-ixtisaslı ferma-kolxozlardan transmilli konsorsium daxil tarixən hər biri cəmiyyətinə daimi hesabatla artan tələbatı və daha çevik tərəqqi düzəlişləri ediblər! Yeni konstitusiya Ermənistan Prezidentini nəzarətçi-təsdiqləyici Şah taxtına qaldırıb, Nazirlər Kabinetinə yüksək ixtisaslı geniş-azad iqtisadi fəaliyyət meydanı verib! Son üç ildə İllərlə *özünü bloka salıb?* eyhamı ilə acıdığımız dövlət elliklə azad Paşinyan iqtisadiyyatı ilə 3cü ildir ki, təsdiqlənmiş dövlət büdcəsini dəfələrlə aşan faktiki qazanclara nail olurlar!
Liderlər dövlət və vətəndaşın Konstitusion nisbi-bərabər hüquqlarına and içsələr də, həmin zəmanətin kənar aslılığı Cəmiyyəti arxayınlıqla yayındırırlar? MMəclis sadə Üstqurumla sərvəti dövlətə verib, dövlət də Vergi ilə ölkəni dolandırmağı tapşırıb. İbtidai ferma-kolxozlar, beynəlxalq kompanyonlar hamısı yüksək rifaha qazanc üçün dəqiq hesabatlı iqtisadi-maliyyə fəliyyəti göstərirlər! AzSSRnda vergi büdcəyə Maliyyə Nazirliyinin nəzarəti ilə toplanır və lazımi yeni dövlət tapşırıqlarına yönəldilirdi? *Vergi Generaliteti*yoxdu. Maliyyə nədir? Cəmi 8 milyard büdcəsi olan Qonşu yüksək zəmanətli kontraktları ilə RFnın zərgərlik və Frəng el/başlığı reeksportu bircə ildə dÖRD büdcə qədər-28 milyard qazanıblar!