Ru
23:16 / 30 İyul 2024

Səbail rayonunda emalatxanada yanğın - VİDEO

Səbail rayonunda emalatxanada yanğın - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a daxil olan məlumata görə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən emalatxanada baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən emalatxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar