***
10:45
Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 636842 nəfər səs verib. Seçici fəallığı 9,2% olub.
F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
***
12:29
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.
***
15:46
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1 893 555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub.