Uşaq evində böyüyən şəhidimiz Səbuhi Əhmədovun daha bir uşaqlıq videosu yayılıb.
Bakupost.az xəbər verir ki, görüntülərdə SOS Uşaq Evində keçirilən Əlifba Əlifba bayramında şəhidimizin səsləndirdiyi şeir əks olunub.
Qeyd edək ki, S.Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb, 269 saylı məktəbin məzunudur.
Onun nəşi bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin SOS Uşaq Kəndini ziyarəti zamanı Səbuhi ilə görüşü ilə bağlı da
bu gün video yayılmışdı.
Aygün
BakuPost