Ru
11:32 / 13 Fevral 2025

Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı

Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı
Eye

Şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına bu gün start veriləcək.

Bakupost.az xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.

Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşəcək.

Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar