Ru
00:54 / 20 Aprel 2024

Şəmkirdə 27 yaşlı kişi bıçaqlandı

1349
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, Hüseyn Abbasov həmyerlisi Elmar Hüseynov ilə rayon ərazisindəki kafelərin birində olan zaman sərxoş halda mübahisə etmiş və nəticədə kəsici-deşici alətlə sonuncuya xəsarət yetirib. Hazırda H. Abbasovun yerinin müəyyən edilərək saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər