İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə günü səhər Tehranda komandir, general Əmir Əli Hacızadə ilə birlikdə öldürülən Aerokosmik Qüvvələrin 8 komandirinin adını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu komandirlər arasında Mahmud Bagiri, Davud Çayçian, Məhəmməd Bagir Tahiripur, Mənsur Səfərpur, Məsud Tayib, Xosrov Həsəni, Cavad Cursara və Məhəmməd Ağacəfəridir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirlərin ölümləri ilə bağlı başsağlığı verib və bildiriblər ki, onların adları vətənlərinin müdafiəsində göstərdikləri fədakarlıqlara görə tarixə düşəcək.
Xatırladaq ki, İranın hərbi rəhbərliyinin əksəriyyəti İsrailin hücumlarının ilk günündə həlak olub.
Aygün,
BakuPost