Ru
14:43 / 14 Sentyabr 2022

Sərhəddə vəziyyəti Rusiya gərginləşdirir - Hərbi ekspert

6140
“Azərbaycan öz işini sona qədər tamamlamalı, düşməni cəzalandırmalıdır”.


Bunu ermənilərin təxribatı ilə bağlı danışarkən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a açıqlamasında deyib.


Ekspert qeyd edib ki, vəziyyətlə əlaqədar rus sülhməramlılarının səsi çıxmır, halbuki onlar bu gərginliyin azaldılmasına çalışmalı idi:


“Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən uzaqlaşdırmalı idi. Lakin gördüyümüz kimi, səsləri belə çıxmır. Aylar öncə Azərbaycan postuna hücum edən erməni terrorçunu sülhməramlılar rahat şəkildə Ermənistana qaytardılar. Faktki olaraq, sülhməramlılar bu ərazilərdə sülh və təhlükəsizliyin təminatında heç bir rol oynamır. Təlimatları Rusiyadan aldıqlarına görə onlardan təhlükəsizliklə bağlı hansısa addım görməyəcəyik. Ermənistan Rusiyanın tapşırığını yerinə yetirməklə məşğuldur”.


Ü.Cəfərov bildirib ki, 2022-ci ildə Azərbaycan-Ermənistan arasında hansısa sülh real görünmür:


“Düşünmürəm ki, bu qədər şəhid verdikdən sonra oktyabr və ya noyabrda Azərbaycan rəhbərliyilə Ermənistan rəhbərliyi bir araya gəlsin. Hesab edin ki, 2022-ci ildə hər hansı bir təmas olmayacaq. Rusiya bir daha sübut etdi ki, o, bölgədə sülh və əmin-amanlığın olmasında maraqlı deyil. Bu, Brüssel görüşünün nəticəsiz qalması üçün edilən təxribatdır. Real olaraq vəziyyətin gərgin qalmasında aktiv iştirak Rusiyaya məxsusdur”.



Ü.Cəfərov sosial mediada ermənilərin xarici qüvvələr tərəfindən silahlandırılması məsələsini belə şərh edib:


“Erməniləri kimlərin silahlandırmasından asılı olmayaraq, Azərbaycan Ordusunun silahları qarşısında onlar çox zəifidir. Bayraktar TB və kamikadze dronlarına qarşı hər hansı bir güclü silah görməmişik. Psixoloji təsir etmək üçün ermənilər belə siyasi təxribatları genişləndirir. Bu gün baş verənlər onu deməyə əsas verir ki, Ermənistan heç bir halda sakitləşmək istəmir. Ona havadarlıq edənlər yalnız qızışdırıcı mövqedən çıxış edirlər ki, daha çox qan tökülsün, gərginlik olsun”.


Fərid
Baku Post
Şərhlər
  • B.Qarabağlı

    Məqalənin istinadı nəinki, doğru səslənmir, Azərbaycanı birbaşa düşməndən azdırmaq məqsədli görünür? Diversiya əmrini Rusiya verməyib və danışıqlara gedən Paşinyan atəş, hücum əmr və ya şifahi göstəriş verənləri niyə mühakiməyə vermir? Yoxsa, erməni cinayətkarlara belə güzəştləri Azərbaycandan nümunə götürüb?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər