Ru
01:03 / 05 İyun 2024

Sərxan Kərəmoğlu İlhamə Quliyevanın oğlunun itkin düşməsindən danışdı

Sərxan Kərəmoğlu İlhamə Quliyevanın oğlunun itkin düşməsindən danışdı
Eye

"Şou-biznesində elə insanlar var ki, Orxan Nadirovun itməsinə sevinirlər. O, İlhamə Quliyevanın yanında olanda bəzilərinə rahat deyib-gülməyə, yeməyə imkan verməyib. Orxanın itməsi şou-biznesdə olan bir çox insanın əl-qolunu açıb".

Bu sözləri aktyor Sərxan Kərəmoğlu "Səni axtarıram" proqramında deyib.

O, mərhum Xalq artisti İlhamə Quliyevanın Orxanın yaxşı yaşaması üçün heç bir şərait yaratmadığını bildirib:

"Orxanı yanında İlhamə Quliyeva gəzdirib. Onu cəmiyyətə oğlu kimi təqdim edib. Öz anası Lalə xanım onu övladlığa verməyib. İlhamə xanımın əlində güc var idi. Gedin Lalə xanımın yaşadığı evinə baxın. Ətrafı qızıllarla, brilyantlarla dolu olan İlhamə əgər onu övladlığa götürmüşdüsə, Orxana bir şərait yaradardı. Evində oturmağa bir stulu yoxdur".

Qeyd edək ki, Orxanın anası Lalə oğlunun 2023-cü ilin sentyabrından itkin düşdüyünü deyib.

Ətraflı videoda:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar