Ru
08:42 / 16 Sentyabr 2025

Sərxoş sürücü yarışa çıxdı, dostu öldü - Ağdamda faciəvi qəza

Sərxoş sürücü yarışa çıxdı, dostu öldü - Ağdamda faciəvi qəza
Eye

Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verib.

Natiq Əhmədov kənd ərazisində yeyib-içdikdən sonra spirtli içki qəbul edib. Dostları ilə birlikdə Əhmədavar kəndinə - mağazaya getmək qərarına gəliblər.

N.Əhmədov VAZ-2114 markalı avtomobilin sükanı arxasına əyləşib, dostlarını da götürərək həmin istiqamətə yola çıxıb. Mağazadan siqaret və digər ərzaqlar alaraq geri qayıdarkən yolda "Niva" markalı avtomobilin onları keçməsi Natiqi əsəbiləşdirib və sürücü ilə sürət yarışına girib. Bir neçə kilometr sonra N.Əhmədov idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə olan İlyas Allahverənov ölüb, sürücü və iki dostu isə ağır xəsarətlər alıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar