Ru
22:10 / 19 Noyabr 2021

Sosial şəbəkələrdə yenə problem yarandı

Sosial şəbəkələrdə yenə problem yarandı
Eye

Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və vatsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

Bakupost.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən instaqram və feysbukun işindəki problemlərdən narazılıq edir. Almaniyada vatsap və instaqram, Niderlandda vatsap, Böyük Britaniyada isə instagramın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, instaqramdas daha çox xəbər lentində, feysbukda saytın işində, vatsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar