Ru
19:09 / 09 Fevral 2026

Kir Starmer istefa verir?

Kir Starmer istefa verir?
Eye

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa vermək niyyətində deyil.

Bakupost.az xəbər verir ki, bu barədə Dauninq-stritdə bildirilib.

Baş nazirin rəsmi nümayəndəsi Starmerin bütün diqqətini hazırkı işə yönəltdiyini bildirib.

"O, bütün ölkə üzrə dəyişikliklərin həyata keçirilməsi işini davam etdirir. Starmerin əhval-ruhiyyəsi gümrah və inamlıdır".

Həmçinin o, jurnalistlərə Baş nazirin kabinetin yekdil dəstəyinə malik olduğunu bildirərək, Starmerin öz siyasi gələcəyi ilə bağlı tərəddüd etdiyi barədə məlumatları təkzib edib.

Xatırladaq ki, Böyük Britaniya KİV-in məlumatına görə, ötən həftə Şotlandiya leyboristlərinin lideri Anas Sarvar Kir Starmeri Baş nazir postundan istefa verməyə çağırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar